Home » Reportaj » Buna Nə Ad Verək Provakasiya Yoxsa ?

Azərbaycanda dırnaqarası Kürd PKK problemi deyənlərin nəzərinə!

Çox qədim zamanlardan eyni ərazidə yaşayan və hardasa biri – birindən heç fərqlənməyən mədəniyyətə, folklora və.s. sahib olan iki millətin arasına kim nifaq salmaq istəyir ? Görəsən bunu kimlərin məsləhəti ilə gündəmə gətirirlər ? Birdə əslində pərdə arxasında qalan əsas məqsəd nədir ? Bir də diyəsən Sabir Rüstəmxanlı nəyin uğrunda mübarizə apardığını heç özüdə bilmir. Bəlkədə həqiqətəndə o Azərbaycanın Demokratik bir dövlət kimi özünü beynəlxalq aləmdə təsdiq etməsini qəbul edəbilmir! Söz azadlığı, insan hiquqları, demokratiya deyib dad döyən bir insanın bu gün digər bir qələm əhlinin fikirlərinə radikal bir şəkildə ehtirazını başa düşmək çətindir. Yaxşısı budur kiminsə xoşuna gəlmək və daha çox qanarar almaq istəyən “jurnalistlər” bir balaca tarixə baxasınlar və səmimi olsunlar! Siz Azərbaycan uğrunda şəhid olan Kürd övladlarını unutmusunuzmu ? Və bu gün Azərbaycanda həqiqətəndə belə bir problem varmı ? Mənə elə gəlir ki, bu yazılar nə qədər yazılsa da iki humanist və uzaqgörən millət arasına nifaq sala bilməyəcəklər. Nəyisə artıq qalanını qaldı sizin öz məhsuliyyətinizə….

Son zamanlar mətbuatta “DİPLOMAT” qəzetinin baş redaktoru Tahir Süleyman haqqında yazılan yazılara aydınlıq gətirmək üçün Şəxsən Tahir müəllimin bizə göndərdiyi materialı sizə təqdim edirik

“Biz Sabir Rüstəmxanlıya qəzet göndərməmişik”

Qəzetin gördüyü işlərdəki cinayət motivləri araşdırılmalıdır
Millət vəkili Sabir Rüstəmxanlı parlamentin iclasında bildirib ki, Azərbaycanda nəşr edilən “Diplomat” qəzeti barədə ciddi ölçü götürülməlidir: “Bu qəzet on minlərlə türkün qanını tökən PKK terror təşkilatını kürdlərin azadlıq hərəkatı kimi təqdim edir. Adıçəkilən qəzetin bir neçə nömrəsi paketə qoyularaq məqsədli şəkildə mənə göndərilib. Bu qəzetdə yazırlar ki, PKK kürd xalqının azadlıq təşkilatıdır. Təsəvvür edin, terroru müdafiə edən qəzet millət vəkilinə göndərilir”.

S.Rüstəmxanlının sözlərinə görə, sanki terrorçu quruma rəğbət bəsləyən qüvvələr var: “Hüquq-mühafizə orqanları araşdırmalıdır ki, bu insanların məqsədi dövlətə niyə zərbə vurmaqdır? Bakıda və Azərbaycanın bir çox bölgəsində tikilən yeni binaların, açılan ofislərin üzərində hər dildə yazı var, amma öz dilimizdə bir kəlmə də olsun yazı yoxdur. Bunu edənlərin bir çoxu PKK-çılarla əlaqədədir”.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) mətbuat xidmətinin rəhbəri Arif Babayev isə “Yeni Müsavat”a bildirib ki, S.Rüstəmxanlının parlamentdəki çıxışından xəbərdardırlar: “Deputat çıxış edib, fikrini bildirib. Biz də onunla maraqlanmışıq. Artıq tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Tahir Süleyman: “Hamımız silahsatanlara qarşı mübarizə aparmalıyıq”

“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman isə “Həftə içi”nə açıqlamasında bildirdi ki, millət vəkili Sabir Rüstəmxanlı ilə meydan hərəkatı zamanı münasibətləri olub.

- Uzun müddətdir əlaqələrimiz yoxdur. Amma əlaqələrimiz var idi. Sabir Rüstəmxanlıya böyük hörmətim var. Biz tərəfdən ona heç bir qəzet göndərilməyib. Heç kimə də qəzet göndərmirik. Abunə olanlara və xahiş edənlərə qəzet veririk. Sabir Rüstəmxanlı bu gün dünya türklərinin – uyğurlar, yakutlar, güney azərbaycanlılar və digər türkdilli xalqların azadlığını istəyir. Mən də kürd xalqının nümayəndəsi kimi dünyada gedən ictimai-siyasi prosesləri izləyirəm və düşündüyüm tərzdə qiymətləndirirəm. Bu gün Türkiyənin Böyük Millət Məclisində türk xalqı tərəfindən seçilən millət vəkilləri “PKK Kürdüstan milli azadlıq hərəkatıdır”, “Bu məsələni danışıqlar yolu ilə həll etmək lazımdır”, “Bəsdir, türk-kürd anaların göz yaşları” kimi ifadələr səsləndirirlər. Biz də Türkiyə mətbuatından götürdüyümüz materialları öz qəzetimizdə işıqlandırırıq. Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər nazirlikləri var. Əgər qanunsuz fəaliyyət göstəririksə, bu qurumlar məsələni qabarda bilərlər.

- “Yeni Müsavat” yazır ki, MTN araşdırmalara başlayıb. Sizi MTN-ə çağırıblarmı?

- Məni heç bir yerə çağırmayıblar. Bizi nə çağıran, nə də dindirən var. Biz Azərbaycan qanunlarına qarşı nəsə etməmişik. PKK Azərbaycanda terror təşkilatı kimi tanınmayıb. Əgər tanınsa da, bunu demokratik fikir kimi qəbul edəcəyik. Azərbaycan demokratik ölkədir və hər kəsin azad fikir bildirmək hüququ var. Türkiyədə isə PKK-nın terror təşkilatı kimi tanınmasına baxmayaraq Novruz bayramında meydanlarda “Biz PKK-çıyıq, buradayıq, gəlin, bizimlə danışın” ifadələri səsləndirilir. DTP-dən olan millət vəkilinin rəhbərliyi ilə türk-kürd xalqlarının nümayəndələri birlikdə dağlara çıxaraq müharibənin qarşısını almaq istəyirlər. Bütün bunları görmək lazımdır və kiçik məsələləri parlamentdə müzakirə etmək gərəksizdir”.

- Sizcə, bu qəzetləri millət vəkilinə kim göndərə bilər və bunun mənası nədir?

- Vallah, nə mən, nə də mənim işçilərim heç kimə qəzet göndərmirik. Nəşriyyata da gedəndə dostlarımızdan kim istəsə, açıq şəkildə ona qəzet veririk. Bu, gizlin nəşr olunmur. Sabir Rüstəmxanlıya sözümüz olsa, gedib açıq şəkildə fikrimizi deyərik. Mən onu genişdüşüncəli ziyalı kimi tanıyıram. Nəyə görə mən ona qəzet göndərməliyəm? Əgər Sabir Rüstəmxanlının “Diplomat” qəzeti ilə problemi var idisə, mən gedib onun qarşısında oturar və söhbət edərdim.

- Bayaq dediniz ki, Sabir Rüstəmxanlı dünya türklərini, o cümlədən Güney Azərbaycanın azadlığını istəyir. Güney Azərbaycan məsələsinə sizin mövqeyiniz necədir?

- Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı dünya türklərinin azadlığını istəyən bir liderdir. O, necə türk dünyasının azadlığını istəyirsə, mən də kürd xalqının azadlığını istəyirəm. Düşüncəmə görə, dünyada 5 nəfərdən ibarət xalq varsa, onun hüquqları tanınmalıdır. Eləcə də türk xalqlarının. Anam azərbaycanlı, atam isə kürddür. Bu o demək deyil ki, mən türk dünyasına və ya başqa millətlərə qəbahətlə baxıram. Allahın yaratdığı bütün millətlər Tanrının verdiyi haqlara sahib olmalıdır. Bu fikirlər cənubi azərbaycanlılar, Çindəki uyğur qardaşlarımız, Suriyada, Türkiyədə, İrandakı kürd qardaşlarımıza da aiddir. Hər kəs öz ana dilində danışmalı, ana dilində yazıb-oxumalı, milli adət-ənənələrini inkişaf eitdirməlidir. Sabir müəllim hansı məsələnin müzakirəsini aparmaq istəsə və hara desə, mən ora getməyə hazıram. Hamımız Türkiyəni qarışdırmağa çalışan inhisarçı dövlətlərə qarşı mübarizə aparmalıyıq. Silahsatanlara qarşı səylərimizi birləşdirməliyik.

Sabir Rüstəmxanlı: “PKK-nın, terrorun bu şəkildə müdafiə olunmasını qəbul etmirəm”

Sabir Rustəmxanlı “Həftə içi”nə müsahibəsində T.Süleymanı yalnız üzdən tanıdığını bildirdi.

- O mənə üzdən tanış gəlir. Ola bilsin ki, haradasa salamlaşmışıq. Onun məsələyə nə aidiyyəti var?

- Tahir Süleyman “Həftə içi”nə bildirdi ki, sizinlə müzakirə aparmağa hazırdırg

- Mən istənilən vaxt bu müzakirəyə hazıram. Kürd xalqı ilə PKK-nın eyniləşdirilməsinin əleyhinəyəm. Yoxsa kürd dilində qəzet çıxmasının, kürd xalqının tarixi ilə bağlı yazıların verilməsinin əleyhinə deyiləm. Amma PKK-nı, terroru bu şəkildə müdafiə etmək və üstəlik, türklərə qarşı həqarət dolu yazılar vermək düzgün deyil və bunu qəbul etmirəm. Ona görə də istənilən vaxt bu məsələ ilə bağlı mübahisə etməyə hazıram. Amma öncə indiyə qədər o qəzetin gördüyü işlərdəki cinayət motivləri araşdırılmalıdır, onun qiyməti verilməlidir. Ondan sonra oturub söhbət edə bilərik. Bütün dünyada pislənilən terror bir qəzet tərəfindən müdafiə olunursa, həmin mətbu orqana bütün hüquqlar və qanunlar çərçivəsində qiymət verilməlidir.

- Hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Müraciət edəcəyəm.

- Bəs necə düşünürsünüz, indiyə qədər bu qəzetin fəaliyyəti niyə araşdırılmayıb?

- Niyə araşdırılmadığını deyə bilmərəm. Belə bir qəzetin fəaliyyət göstərdiyini eşitmişdim, amma üzünü görməmişdim. Görünür, onu ayrı-ayrı yerlərdə də alırlar. Amma onu bilirəm ki, kitabxanalara – özü də rəsmi dövlət kitabxanalarına verilir. Orada onu yüzlərcə adam oxuyur.

İndiyə qədər bunu bilmirdim. Yaxşı ki, Tahirin özü qəzetin bir neçə nömrəsini bir paketdə mənə göndərdi və qəzetin fəaliyyətindən xəbərim oldu. İndi qəzetin əlimdə olan nömrələri əsasında müvafiq dövlət orqanlarına müraciət edəcəyəm.

- Amma Tahir Süleyman bildirir ki, qəzetin sizə göndərilməsindən xəbərsizdirg

- Bu qəzetin bir neçə nömrəsi paketdə mənə göndərilib. Paketin üzərində nömrələr, mənim ad və soyadım yazılıb. Bu xətlə onu kimin göndərdiyini müəyyənləşdirə bilərlər. Paketin üstündə mənim adım var, göndərənin də Tahir Süleyman olduğu yazılıb. Ola bilsin, başqası onun adından göndərib. Bu isə məni maraqlandırmır.

Əli Zülfüqaroğlu

PKK-çı deyilən qəzetin baş redaktoru Sabir Rüstəmxanlıya cavab qaytardı

Tahir Süleymanlıya görə “PKK” terror təşkilatı deyil

“Uyğurlar İrandakı azəri türkləri kimi kürdlərin də azadlıq uğrunda mübarizə aparmaq hüquqları var”

Xəbər verildiyi kimi parlamentin ötən iclasında Milli Məclisin deputatı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycanda PKK terror təşkilatına göstərilən dəstəyə etiraz edib.

Deputat PKK-nı kürdlərin azadlıq təşkilatı kimi qələmə verən “Diplomat” adlı qəzetin Azərbaycanda nəşr olunmasından və hüquq mühafizə orqanlarının bununla bağlı tədbir görməməsindən təəccübləndiyini bildirib. Deputata görə PKK-nı kürdlərin azadlıq təşkilatı kimi qələmə verməklə “Diplomat” qəzeti türkləri təhqir etmiş olub: “Bir neçə gün bundan qabaq “Diplomat” qəzetini poçt vasitəsilə mənə göndəriblər. Sanki mənə yanıq verirlər. Qəzet başdan-ayağa PKK-nın təbliğinə həsr olunub. Azərbaycanın hüquq-mühafizə orqanları hara baxır? Niyə Azərbaycanda terrorçu təşkilatı dəstəkləyən türkləri təhqir edən bir qəzet nəşr olunmalı və hələ üstəlik poçtla millət vəkilinə göndərilməlidir”.

“Diplomat” qəzetini mərhum prezident Heydər Əliyevin kürdlər haqqında heç vaxt demədiyi bir ifadəni özlərindən uydurmaqda ittiham edən S.Rüstəmxanlı mərhum prezidentin “bir millət iki dövlət” çağırışını da xatırladaraq qeyd edib ki PKK-nı dəstəkləyən “Diplomat”a meydan verilməsi həmin çağırışa ziddir. Deputat bunu ikiüzlü siyasət adlandırıb.

S.Rüstəmxanlının “Diplomat” qəzeti haqqında səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün qəzetin baş redaktoru Tahir Süleymanla əlaqə saxladıq.

Sabir Rüstəmxanlıya xüsusi hörmətinin olduğunu bildirən T.Süleyman onun “Diplomat” qəzetinə qarşı qərəzli münasibətinin haradan qaynaqlandığını bilmir: “Türkiyənin özündə PKK məsələsi masa üzərində həll olunur. “Diplomat” qəzeti Türkiyə qəzetlərində PKK ilə bağlı işıq üzü görən yazıları dərc edib. Azərbaycanda nə PKK var nə də PKK-çı. Azərbaycanda Türkiyədəki kimi PKK-nın şəkilini əldə şüar edib küçələrə çıxmırlar. Sabir Rüstəmxanlı bütün bunları görmürmü? O həm yazıçıdır həm də türk dünyasına bağlı olan bir insan. O uyğurların Cənubi Azərbaycandakı soydaşlarının azadlığa çıxmasını istədiyi kimi mən də kürdlərin azadlığını istəyirəm”.

T.Süleyman bildirdi ki kürdlərlə bağlı onunla mərhum prezident Heydər Əliyev arasında çox söhbətlər olub: “Amma heç kəs məndən tələb edə bilməz ki bu söhbətləri açıqlayım. İranda milli azadlıq uğrunda mübarizə aparan azəri türklərini asırlar. İran hakimiyyəti onları məgər qəhrəman adlandırır? Məgər onlar terrorçudurlar? Türkiyədə xalq tərəfindən seçilən birisi Böyük Millət Məclisində çıxış edərək PKK Kürdüstan Milli Azadlıq Hərəkatıdır deyirsə və mən bunu “Diplomat” qəzetində dərc edirəmsə Sabir Rüstəmxanlı bundan niyə qıcıqlanmalıdır?”

Baş redaktor bildirdi ki 1992-ci ilin payızında Səddam Hüseynin zülmündən əziyyət çəkən bir qrup türkman və kürd İraqdan qaçaraq İrana oradan Türkiyəyə yenidən İrana və sonda Naxçıvana keçmişdilər. Sərhədçilər onları tutub 6 aya qədər “kazarma”da saxlamışdılar. Ermənilər bu məsələdən xəbər tutub onu dünya ictimaiyyətinə çatdırmaq istəyirdilər. Biz də bir kürd ziyalısı olaraq Naxçıvana gedib orada cəbhəçilərlə görüşdük. Cəbhəçilər bildirdilər ki onlar terrorçudur və Türkiyə hökumətinə təhvil verəcəyik. Orada saxlanan bir qadının ekiz qızı olmuşdu. Qızın birinin adı Kürdüstan digərinin adı isə Azərbaycan idi. Saxlanılarların 18-19 nəfər azyaşlı 14-15 nəfər qoca qadın qalanları isə orta yaşlılar idi. Bunları biləndən sonra Milli Məclisin rəhbərinə ümummilli lider Heydər Əliyevə müraciət etdik. Heydər Əliyev cənabları bizi qəbul etdi. Dedi ki gedin onlarla görüşün və haradan necə gəldiklərini öyrənin. MTN nümayəndələri bizi axşama qədər saxladılar və hava qaralandan sonra “kazarma”ya getdik. Onların hamısı Səddam Hüseynin zülmündən qaçıb canlarını qurtaranlar idi. Soruşduq ki Azərbaycanda qalmaq istəyirsiniz? Dedilər ki yox Rusiyaya getmək fikrimiz var. İkinci dəfə biz gəlib Heydər Əliyev cənabları ilə görüşdük. Və vəziyyəti danışdıq. O zaman mərhum prezident Heydər Əliyev bildirdi ki doğrudan da kürd xalqı tarixdə özünə layiq ad qazanıb. Kürd xalqı mübariz və qəhrəman xalqdır. Bu uşaqlar qocalar bu qədər sərhəddi keçib Naxçıvana gəliblərsə buna bir misaldır. Çalışacağıq ki onlara kömək edək.

Həqiqətən də ümummilli lider kürdlərə kömək etdi. Onlar mərhum prezidentin səyi nəticəsində sərbəst buraxılaraq Bakıdan Rusiyaya yola salındı”.

T.Süleyman sonda bildirdi ki İraq Federativ Respublikasının ziyalılarının xahişilə “Diplomat” qəzeti onları Azərbaycana dəvət edəcək: “Qəzetimiz İraqın Ərbil şəhərinin türkman sakinlərini bir aylıq Azərbaycana dəvət edir. Artıq bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət etmişik. Azərbaycana gələn türkman ziyalıları xalq şairi Əsəd Ərbil Türkman Mədəniyyət Mərkəzinin sədri Cövdəd Nəccar Zəkəriyyə Əhməd türkman ocağı dərnəyinin üzvü Əgüman İsmayıl Türkman səsi” radiosunun baş redaktoru Riad Əziz olacaq. İnşallah gələn ayın 5-də həmin şəxslər Azərbaycanda olacaqlar”.

Eldar XƏYAL

Comments are closed.